“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 22 iyul, 2020-ci il tarixli, 2173 №li Sərəncamının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə 24.01.2023-cü il tarixdə "İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayavanın və digər natiqlərin insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə çıxışları olub. Qeyd edilib ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Ölkəmizdə bu sosial bəlaya qarşı uğurlu mübarizə aparılır, xüsusilə əhali arasında geniş maarifləndirmə işləri mütəmadi qaydada həyata keçirilir. Bununla bağlı respublikamızda hüquqi-normativ baza da müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2020-ci il iyulun 22-də imzalandığı Sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət Planı” təsdiqlənib. Qeyd edək ki, Cənab Prezidentin imzaladığı müvafiq sərəncamın icrası ilə əlaqədar olaraq Xocalı rayonu üzrə də müxtəlif səpgili maarifləndirici tədbirlər həyata keçirilmiş, rayon ictimaiyyəti arasında profilaktik söhbətlər aparılmışdır.